"Betis" 34 yaşlı futbolçusu ilə müqavilə yenilədi

"Betis" 34 yaşlı futbolçusu ilə müqavilə yenilədi

İspaniyanın La Liqa təmsilçilərindən olan "Betis" müdafiəçisi Mark Bartra ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

34 yaşlı ispaniyalı futbolçunun müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Qeyd edək ki, cari mövsüm Sevilya klubunun forması ilə 29 matça çıxan Bartra 3 qolla yadda qalıb. 32 tura 51 xal toplayan "Betis" La Liqanın turnir cədvəlində 6-cı pillədə mövqe tutub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər