Premyer Liqanın XIII turunda "Sumqayıt"ı qəbul edən "Rəvan" meydandan bir xalla ayrıldı. Fanat.az xəbər verir ki, bu "sarı-qırmızılılar"ın ev oyunlarında ardıcıl 5-ci heç-heçəsidi.
Belə ki, "Sumqayıt"la oyunda 1:1-ə razılaşan "Rəvan" bundan əvvəl "Qarabağ" (1:1), "Xəzər Lənkəran" (1:1), "Bakı" (0:0) və AZAL-la (1:1) heç-heçə oynamışdı. Komanda "Bayıl Arena"da sonuncu dəfə IV turda "İnter"ə uduzub - 1:5.
Fanat.az