Bir müddət əvvəl 35 milyon avroya (bonuslarla birlikdə 45 milyon) "Benfika"dan "Bavariya"ya keçən Renato Sançeslə bağlı şok iddia səslənib. Fanat.az xəbər verir ki, Portuqaliya yığmasının üzvü gerçək yaşını gizlətməkdə ittiham olunur.
Hazırda davam edən Avropa çempionatının ən yaxşılarından hesab olunan Renato Sançesin 19 yox, 24 yaşında olduğu bildirilir. Bu iddia ilə Rumıniyanın "Dolce Sport TV" kanal? çıxış edib. Həmkarlarımızın fikrincə, onun hazırda 24 yaşı var. Renato Sançes doğum haqqında şəhadətnaməsinin anadan olandan bir neçə il sonra alındığı və bu üzdən 5 yaş kiçik göstərildiyi bildirilib.
Fransız mütəxəssis, son olaraq "Lans"ı çalışdırmış Qay Rouks da onun 24 yaşında olduğunu iddia edib.
Fanat.az