"Bavariya" sürpriz transfer etməyə hazırlaşır. Fanat.az xəbər verir ki, Münhen klubu Vedran Korlukanı heyətinə qatır.
İddiaya görə, artıq "Bavariya" bu transferi Moskva "Lokomotiv"i ilə razılaşdırıb. Almanların müdafiəçi üçün qarşı tərəfə 7 milyon avro ödəyəcəyi deyilir.
Qeyd edək ki, Vedran Korluka 2012-ci ildə "Tottenhem"dən "Lokomotiv"ə 7 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 9,5 milyon avro qiymət qoyub. Xorvatiya yığmasının 30 yaşlı üzvü 2015/16 mövsümündə Rusiya klubunun heyətində 29 rəsmi oyuna çıxıb və 3 qol vurub.
Fanat.az