"Bavariya"nın yeni hədəfi "Atletiko"da oynayan Yannik Karraskodu.
Fanat.Az xəbər verir ki, Karlo Ançelottinin istəyi ilə komandanın cinahının gücləndirilməsi yolunda növbəti transfer məhz Karrasko ola bilər. Almanlar sözügedən futbolçu üçün 50 milyon avrosundan keçməyə hazırdı.
"Bavariya" Aleksis Sançesi istəsə də "Arsenal"dan konkret cavab gəlmədiyindən alternativ kimi Karrasko seçilib. Klubu ilə 2022-ci ilə qədər müqaviləsi olan Yanniklə prinsipcə anlaşma əldə edən almanlar İspaniya təmsilçisinin də cavabını gözləyir.
FİFA-nın transfer qadağası qoyduğu "Atletiko"nun isə məsələyə necə reaksiya göstərəcəyi maraq doğurur.
Geridə qalan mövsümdə komandası ilə 53 oyuna çıxan Karrasko 14 qolun, 5 məsuldar ötürmənin müəllifi olub.
Fanat.Az