Mərakeşdə keçirilən X klublararası dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa və Cənubi Amerika təmsilçilərinin iştirak etmədiyi mərhələdə iki matç baş tutub.
Çinin "Quançjou Everqrand" klubu Afrikanın təmsilçisi "Əl Əhli"ni 2:0 hesabı ilə məğlub edib. Mərakeşin "Raja Kasablanka" klubu ilə Meksika "Monterrey"in yenib - 2:1.
Dekabrın 17-də keçiriləcək ilk yarımfinal matçında "Bavariya" "Quançjou Everqrand"ı, bir gün sonra isə "Atletiko Mineyro" "Raja Kasablanka"nı sınağa çəkəcək.
Quançjou Everqrand (Çin) - Əl Əhli (Misir) 2:0
Qollar: Kardoso Elkeson, 49. Leonardo Konka, 67.
Raja Kasablanka (Mərakeş) - Monterrey (Meksika) 2:1 (əlavə vaxtda)
Qollar: Çemseddine Çtibi, 24. Kuko Quehi, 94 - Joze Maria Basanta, 53.
Fanat.az