Zlatan İbrahimoviç bu yay PSJ-dən ayrılacaq. Fanat.az xəbər verir ki, Paris klubu onun yerini "Bavariya"dan Robert Levandovski ilə doldurmaq istəyir.
Artıq "Bavariya"nın da bu futbolçunu satmağa hazır olduğu bildirilir. Amma bir şərtlə. Həmin şərt isə maliyyə ilə bağlıdı. Belə ki, Münhen klubu polşalı ulduzu üçün nə az, nə çox - 80 milyon avro təklif edir. PSJ bu məbləği təklif etsə, Levandovskinin də transferi baş tutacaq.
Amma Levandovski ilə maraqlanan tək klub PSJ deyil. "Bild"in iddiasına görə, onu "Real" və "Mançester Yunayted" də heyətinə qatmaqda maraqlıdı.
Fanat.az