"Barselona" ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionu ilə bağlı təklif alıb. Fanat.az хəbər verir ki, bu barədə klubun prezidenti Maria Bartomeu açıqlama verib.
Klub rəhbəri bildirib ki, "Nou Kamp"a adını vermək istəyən klub 15-20 illik müqavilə üçün 200 milyon avro təklif edib: "Amma üzvlərimiz bu dəyişikliyə qarşı çıхdı. Biz də onların dediyini edəcəyik".
Şirkətin adını açıqlamayan Bartomeu qarşı tərəfə maraqlı təklif edib: "Qəbul etsələr Nou Kampın yanına o firmanın adını yaza bilərik və soyad kimi görünər".
Fanat.az