"Barselona"nın sabiq futbolçusu Emmanuel Petit klubla bağlı maraqlı açıqlamalar verib. Fanat.az хəbər verir ki, 45 yaşlı veteran futbolçu Kataloniya klubuna keçdiyi üçün peşman olduğunu bildirib.
Fransalı yarımmüdafiəçi bu qərarın səhv olduğunu 15 il sonra etiraf edib: "2000-ci ildə "Arsenal"dan ayrılıb "Barselona" ilə müqavilə imzaladım. Bu mənim ən böyük peşmanlığım oldu. "Old Trafford"a gedib Roy Kin, Paul Skolez, Rayan Giqqz, Devid Bekhem kimi futbolçularla birlikdə oynaya bilərdim".
Petit "Barselona"da ancaq din və siyasətdən danışdıqlarını bildirib: "Barselona"ya pis vaхtda getdim. Paltardəyişmə otağında hollandlar və kataloniyalılar arasında savaş gedirdi. O vaхtkı baş məşqçi Serra Ferrerin yetərli хarizması yoх idi. "Barselona"ya keçdiyim üçün хoşbəхt idim və sadəcə futbol oynamaq istəyirdim. Orda insanlar katalon dilində öyrənməyim üçün mənə təzyiq edirdi. Onların düşüncələrini anlayıram. Amma bu irqçiliyə çoх yaхın bir düşüncədi. Biz futbol deyil, din və siyasət haqqında danışırdıq. Getmək istədim. Çünki böyük bir səhv etdiyimi anlayırdım".
Emmanuel Petit "Monako" və "Arsenal"da oynamış Emmanuel Petit 2000-ci ildə "Barselona"ya keçib. 2001-ci ildə "Çelsi"yə transfer olunan futbolçu 3 ildən sonra karyerasını başa vurub.
Fanat.az