"Barselona"ya 47 milyon avro cəza - Şok qərar

"Barselona"ya 47 milyon avro cəza - Şok qərar

Lionel Messinin ardınca klubu "Barselona" da məhkəmədən pis xəbər alıb. Fanat.az xəbər verir ki, məhkəmə klubun 47 milyon avroluq ziyanı öləməsi ilə bağlı qərar qəbul edib.

Belə ki, klub Barselona şəhərinin L`Hospitalet Llobreqat bölgəsindəki 10 min kvadratmetrlik ərazini 2005-ci ildə 35,4 milyon avroya satıb. Anlaşmaya görə, ərazidə bir bina, bir otel və bir elektrik yarımstansiyası tikilməli idi. Lakin müqavilə şərtləri tam olaraq yerinə yetirilməyib.

Bu səbəbdən əmlak şirkəti məhkəməyə müraciət edib. Məhkəmə isə satış qiymətinin üzərinə hüquqi xərcləri də gələrək "Barselona"nın 47 milyon avroluq ziyanı ödəməsinə qərar verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər