"Barselona"ya 0:12 uduzub ağladılar - FOTO/VİDEO

"Barselona"ya 0:12 uduzub ağladılar - FOTO/VİDEO

İspaniya 2-ci liqasının B divizionun 3-cü qrupunda çıxış edən "Barselona II" rəqibini rusvay edib. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu XXXII turlda "Eldense"ni qəbul edib və 12:0 hesablı qələbə qazanıb.

İlk yarısı 8:0 hesabı ilə yekunlaşan oyunun ikinci hissəsində "Barselona" daha 4 qol vurub. 

Daniel Romera və Xesus Alfaronun het-trik etdiyi oyunda Alexandro Karbonell, Cerard Qumbau, Alberto Perea, Vilfrid Kaptoum, Marc Kardona və Abeledo Rute hərəyə bir qol vurub.

Oyundan sonra 12 qol buraxan komandanın futbolçularının ağladığı görünüb. "Barselona"lı oyunçular rəqiblərinə təsəlli verib.

Qeyd edək ki, 32 turda 66 xal qazanan "Barselona" qrupa liderlik edir. Aktivində 14 xal olan "Eldense" isə son pillədə qərarlaşıb.

"Barselona"ya 0:12 uduzub ağladılar - FOTO/VİDEO

"Barselona"ya 0:12 uduzub ağladılar - FOTO/VİDEO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər