"Barselona"nın yetirməsi "Real" yolunda

"Barselona"nın yetirməsi "Real" yolunda
Kesk Fabreqas "Real"da çıxış edə bilər. Fanat.Az xəbər verir ki, sabiq "Barselona"lı "Kral Klubu"na təklif edilib.
Joze Mourinyonun istəyi ilə 2014-cü ildə "Çelsi"yə transfer olunmuşdu. İlk mövsümdə özünü yaxşı tərəfdən göstərən ispaniyalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin gedişindən sonra heyətə düşəkdə çətinlik çəkir.
İddialara görə, bu günlərdə yeni baş məşqçi Antonio Konte ilə görüşən Fabreqas getmək istədiyini bildirib. İtaliyalı mütəxəssisin də onun gedişinə qarşı olmadığı bildirilir.
Artıq 29 yaşlı futbolçunun adı "Real"la yanaşı çəkilir. Hətta baş məşqçi Zinəddin Zidanın da onun transferini istədiyi bildirilir. Gözlənilən təklif yaxın günlərdə "Çelsi"yə göndərilə bilər.
Qeyd edək ki, Fabreqas "Barselona"nın yetirməsidi. 1997-ci ildən Kataloniya klubunun aşağı yaş qruplarında oynayan yarımmüdafiəçi 2003-cü ildə 3,2 milyon avroya "Arsenal"a satılmışdı. "Barselona" 2011-ci ildə onu 32 milyon avroya almış, 4 il sonra 31 milyona "Çelsi"yə transfer olunmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər