"Barselona"nın yeni baş məşqçisi istefa verdi

"Barselona"nın yeni baş məşqçisi istefa verdi

"Barselona"nın yeni baş məşqçisi olacağı deyilən Ernesto Valverde "Atletik"dən ayrılıb. Fanat.Az xəbər verir ki, bu barədə Bilbao klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Ernesto Valverde gələn mövsüm komandanı çalışdırmayacaq. 53 yaşlı mütəxəssisin "Barselona" ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, "Barselona"nın prezidenti Josep Maria Bartomeu yeni baş məşqçinin mayın 29-da açıqlanacağını elan etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər