"Barselona"nın yayda zədələnən oyunçusu sıraya döndü

"Barselona"nın yayda zədələnən oyunçusu sıraya döndü

“Barselona”nın yayda aldığı zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan müdafiəçisi Ronald Arauxo bərpa prosesini uğurla keçərək sıraya dönüb.

Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun adı komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda sabah baş tutacaq “Borussiya” (Dortmund) ilə matçın sifariş ərizəsinə salınıb.

Mənbə Arauxonun Almaniya təmsilçisi ilə görüşdə oynaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, Uqurvay millisinin Amerika Kubokunun 1/4 finalında, Braziliya ilə matçda zədələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər