"Barselona"nın futbolçusu Xavyer Maskerano vergidən yayınmada ittiham olunur. Fanat.az "El Pais" qəzetinə istinadən хəbər verir ki, argentinalı ulduzun 1,5 milyon avronu vergidən yayındırdığı ittiham edilir.
Qəzet iddia edir ki, prokurorluq Maskerano barədə iki ayrı ittiham üzrə cinayət işi açacaq. Bildirilir ki, argentinalı "Liverpul"da oynadığı dönəmdə Madeyra və Myamidə qurduğu iki şirkət vasitəsi ilə vergidən yayınan futbolçu eyni hərəkəti "Barselona"da da davam etdirib.
Məlumata görə, 2010-cu ilin yayında "Barselona"ya keçən Maskerano 2011-ci ildə 587 min 822, 2012-də 968 min 907 avronu vergidən yayındırıb.
Fanat.az