"Qalatasaray"ın futbolçusu Hari Rodriges "Barselona"nın ulduzu Xavyer Maskeranonu pislik adlandırıb. Fanat.Az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun ona "Nou Kamp"da qol vurmağa imkan verməməsi olub:
"İndiyədək hələ də ona qarşı əsəbiyəm. Çünki "Nou Kamp"da qol vuracaqdım. Qapıçı ilə üz-üzə qaldım və sonra Maskerano gəldi... Pislik. Qol vuracağımı düşünmüşdüm. Bundan sonra 10 nəfərlə qalan komandaya qarşı uğur qazana bilərdim".
Qeyd edək ki, 2014/15 mövsümündə "Nou Kamp"da "Barselona"nın qonağı olan "Elçe" 0:3 hesabı ilə uduzmuşdu. Hesab 1:0 olarkən Hari Rodriges qol vurmağa yaxın olsa da, Maskerano onu yerə yıxmış və qırmızı vərəqə almışdı.
Fanat.Az