İspaniya məhkəməsi "Barselona"nın ulduzu Xavyer Maskeranoya 1 illik həbs cəzası və 815 min avro pul cəriməsi kəsib. Fanat.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun vergidən yayınması olub.
Barəsində iki cinayət işi qaldırılan Maskeranonun vəkili həbs cəzasının cərimə ilə əvəzlənməsi üçün məhkəməyə müraciət edib. Qərar yaxın günlərdə veriləcək.
Fanat.az