"Barselona"nın transfer edəcəyi iki ulduz

"Barselona"nın transfer edəcəyi iki ulduz

"Barselona"nın transfer etmək istədiyi iki ulduzun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bunlardan biri Duqlas Kostadı.

Braziliyalı sol cinah oyunçusu 2015-ci ildə "Şaxtyor"dan "Bavariya"ya 30 milyon avroya transfer olunub. "Barselona"nın rəsmi təklif göndərməyə hazırlaşdığı futbolçu üçün almanlara hansı məbləği təklif edəcəyi açıqlanmır.

Kataloniya klubunun hədəfindəki digər Hektor Bellerindi. İspan futbolçu 2011-ci ildə "Barselona"dan "Arsenal"a 500 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 25 milyon avro qiyməti qoyduğu müdafiəçi üçün 45 milyon avronun təklif olunacağı deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər