"Barselona"nın sürpriz hədəfi

"Barselona"nın sürpriz hədəfi

Mövsümün sonunda Luis Enrikenin istefa verəcəyini açıqlamasından sonra "Barselona"nın yeni baş məşqçisinin kim olacağı sualı hər kəsi düşündürür. Avropa mətbuatı hər gün yeni namizədin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bununla daha bir iddia Fransanın nüfuzlu "L`Equipe" qəzetindən gəlib. Qəzet iddia edir ki, Kataloniya klubunun yeni baş məşqçisi Massimiliano Allegri ola bilər.

Məlumata görə, "Barselona" 2014-cü ildən "Yuventus"u çalışdıran mütəxəssis üçün İtaliya klubunun qapısını döyəcək. Onun Turin klubu ilə mövcud müqaviləsi 2018-ci ildə bitəcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər