"Barselona"nın Neymar qərarı: 5,5 milyon ziyan

"Barselona"nın Neymar qərarı: 5,5 milyon ziyan

"Barselona" Neymara görə dövlətə 5,5 milyon avro ödəyəcək. Fanat.az xəbər verir ki, bu barədə klubun İdarə Heyəti qərar qəbul edib.

Belə ki, "Barselona" braziliyalı futbolçunun alınması zamanı "Santos"a ödənən transfer məbləğini az göstərərək vergidən yayınıb və buna görə klub istintaqa cəlb olunub. "Barselona" rəhbərliyi İspaniyanın maliyyə idarəsi ilə anlaşaraq istintaqın bağlanması üçün 5,5 milyon avro ödəməyə razı olub.

İdarə Heyətinin iclasında məsələ səsverməyə çıxarılıb. Üzvlərdən 14-ü "hə" cavabı verib. 2 nəfərin cavabı "yox" olub, 2 nəfər "bitərəf" qalıb. 

Qeyd edək ki, "Barselona" rəsmi olaraq Neymarı 57 milyon avroya transfer etdiyini açıqlamışdı. İspaniya Milli Məhkəməsinin apardığı araşdırma zamanı isə bu məbləğin 83,3 milyon avro olduğu müəyyənləşmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər