2015/16 mövsümündə La Liqa və Kral Kubokunu qazansa da, Çempionlar Liqasında "Real"dan geri qalan "Barselona" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Kataloniya klubu iki braziliyalını hədəfə alıb.
Bunlardan biri "Palmeyras"ın formasını geyinən Qabriel Xesusdu. İddialara görə, "Barselona" Braziltiya klubu ilə bu futbolçu ilə bağlı ön protokol imzalayıb. Həmin protokola əsasən Qabrielin satın almaq hüququ "Barselona"ya məxsusdu.
Tam adı Qabriel Fernando de Xesus Mosqueda olan 19 yaşlı futbolçu 2013-cü ildən "Palmeyras"da çıxış edir. Forvard 2015-ci ildə yüksəldiyi əsas komandanın heyətində 65 rəsmi oyuna çıxıb və 25 qol vurub. "Transfermarkt" ona 8 milyon avro qiymət qoyub.

"Barselona"nın istədiyi ikinci futbolçu Marlon Satosdu. Kataloniya klubu "Fluminense"də çıxış edən icarəyə götürmək istəyir. Marlon əvvəlcə "Barselona B"də çıxış edəcək.
Tam adı Marlon Santos da Silva Barbosa olan 20 yaşlı futbolçu 2009-cu ildən "Fluminense"də çıxış edir. 2013-cü ildən əsas komandada çıxış edən mərkəz müdafiəçisi 70 rəsmi oyunda meydana çıxıb. "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub

Fanat.az