Yay fasiləsi yaxınlaşdıqca klublar transfer çalışmalarını sürətləndirir. Fanat.az xəbər verir ki, fasilədə heyətinə bir neçə futbolçu qatmaq niyyətində olan "Barselona"nın transfer etmək istədiyi daha bir ulduzun adı müəyyənləşib.
İddiaya görə, Kataloniya klubu Hatem Ben Arfanı hədəfə alıb. Bildirilir ki, cari mövsümdə "Nitsa"da özündən söz etdirən fransalı futbolçu baş məşqçi Luis Enrikenin maraq dairəsinə düşüb. "Barselona" tezliklə onun müqavilə ilə məxsus olduğu "Nitsa"ya təklif göndərəcək.
Qeyd edək ki, Hatem Ben Arfa 2011-ci ildə Marsel "Olimpik"indən "Nyukasl"a 6 milyon avroya transfer olunub və ötən yay azad agent kimi "Nitsa"ya keçib. Cari mövsümdə Fransa klubunun heyətində 36 rəsmi oyuna çıxıb və 18 qol vurub. "Transfermarkt" 29 yaşlı futbolçuya 10 milyon avro qiymət qoyub.
Fanat.az