"Barselona"nın hədəfindəki iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bunlardan biri "Lester"in ulduzu Riyad Mahrezdi.
"Daily Star" xəbərinə görə, "Barselona" PSJ-nin də hədəfində olan 26 yaşlı fransız hücumçunu bu yay transfer etmək istəyir. 2014-cü ildə "Le Harve"dən 500 min avroya "Lester"ə keçən futbolçu komandanın ötən mövsüm qahandığı çempionluğa 17 qolla dəstək verib. Bu mövsüm keçirdiyi 45 rəsmi matçda 10 dəfə fərqlənən Riyad Mahrezə "Transfermarkt" 30 milyon avro qiymət qoyub.
"Barselona"nın hədəfindəki digər futbolçu öz yetirməsidi. "Marca"nın iddiasına görə, Kataloniya klubu 2004-2011-ci illərdə müxtəlif yaş qrupları üzrə komandalarda və əsas heyfətdə oynamış Oriol Romeunu geri qaytarmaq istəyir.
"Barselona" onu 2011-ci ildə "Çelsi"yə 4,6 milyon avroya satıb. "Sautqempton" isə 2015-ci ildə onu 7 milyon avroya transfer edib. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 43 rəsmi oyuna çıxıb və 1 qol vurub. "Transfermarkt" hazırda Oriol Romeuya 7 milyon avro qiymət qoyub.
Fanat.Az