"Barselona"nın intizamsızları: siyahıda Arda da var

"Barselona"nın intizamsızları: siyahıda Arda da var
"Barselona"da məşqlərə və oyunlara gecikən futbolçuların siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, Türkiyə millisinin üzvü Arda Turan da gecikənlər arasında yer alıb.
"Barselona"nın daxili nizam-intizam qaydalarına əsasən məşqlərə və oyunlara gecikənlərə pul cəzası kəsilir. Futbolçular ən azı məşqdən 1, oyundan 1,5 saat əvvəl bazada olmalıdı. 
İlk dəfə məşqə gecikənlər 200, ikinci dəfə 400, üçüncü dəfə 600 avro cərimələnir. Yəni hər dəfə cəmimə 2-yə vurulur.
Oyuna gecikənlərin cəzası isə daha ağırdı. Belə ki, ilk dəfə bu addımı atanlar 400, ikinci dəfə gecikənlər 1600 avro cərimə olunur.
Bu mövsüm ən çox məsuliyyətsizlik edən Cerard Pike olub. O, artıq 6200 avro cərimələnib. Neymar 1200, Adriano 1000, Arda Turan isə 600 avro cərimə ödəməlidi.
Komandanın 4 kapitanı - Andres İnyesta, Lionel Messi, Serxio Buskets və Xavyer Maskerano örnək davranış sərgiləyib. Onlar hələlik nə məşqə, nə də oyuna gecikib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər