"Barselona"nın hədəfi dəyişdi: yeni transfer...

"Barselona"nın hədəfi dəyişdi: yeni transfer...

"Barselona"nın hədəfindəki daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubu "Mançester Yunayted"dən Matteo Darmianı heyətinə qatmaq istəyir.

"Barselona" bu futbolçuya görə uzun müddətdi maraq dairəsində olan "Volfsburq"un üzvü Rikardo Rodrigesdən imtina edib. İddialara görə, La Liqa klubu yaxın günlərdə "Mançester Yunayted"ə təklif göndərəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Matteo Darmianı ötən il "Torino"dan 18 milyon avroya alıb. "Transfermarkt" hazırda 23 yaşlı italyan müdafiəçiyə 15 milyon avro qiymət qoyub. O, ötən mövsüm 39 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər