"Barselona"nın hədəfə aldığı iki forvard

"Barselona"nın hədəfə aldığı iki forvard

"Barselona" daha bir hücumçu transfer etmək istəyir. Fanat.az xəbər verir ki, Kataloniya klubu Lionel Messi, Luis Suares və Neymar üçlüyünün yanına daha bir forvard gətirmək niyyətindədi.

Artıq "Barselona"nın maraq dairəsindəki futbolçuların da kimliyi bəllidi. İddiaya görə, kataloniyalılar "Sevilya"dan Kevin Qameyro və "Deportivo"dan Lukas Pereslə maraqlanır.

Qeyd edək ki, Kevin Qameyro 2013-cü ildə PSJ-dən "Sevilya"ya 7,5 milyon avroya transfer edilib. "Transfermarkt" hazırda ona 15 milyon avro qiymət qoyub. Cari mövsümdə 49 rəsmi oyunra çıxan 28 yaşlı forvad 27 qol vurub. 

"Barselona"nın hədəfə aldığı iki forvard

Lukas Peres isə 2015-ci ildə PAOK-dan "Deportivo"ya 1,5 milyon avroya keçib və hazırda transfer qiyməti 10 milyon avrodu. 27 yaşlı ispan forvard cari mövsümdə 35 rəsmi oyun keçirib və 16 qola imza atıb.

"Barselona"nın hədəfə aldığı iki forvard

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər