"Bursaspor" "Barselona"dan futbolçu transfer edir. Fanat.Az xəbər verir ki, Superliqa klubu Duqlası heyətinə qatır.
Məlumata görə, "Bursaspor" uzun müddətdi danışıqlar apardığı futbolçu ilə anlaşma əldə edib. Türkiyə klubu onu bir illik icarəyə götürəcək.
Qeyd edək ki, "Barselona" braziliyalı müdafiəçini 2014-cü ildə "San Paulo"dan 4 milyon avroya alıb. 27 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Sportinq"də çıxış edib.
Fanat.Az