"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

"Barselona"nın futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin xidmətində "Əl-Nəsr" maraqlıdır.

Ərəblər danimarkalı oyunçuya "Barsa"da aldığından iki dəfə çox maaş ödəməyə hazırdırlar. Kataloniya təmsilçisi də Andreası satmaq niyyətindədir.

Qeyd edək ki, Kristensen 2024/2025 mövsümünün böyük hissəsində zədə səbəbindən meydana çıxa bilməyib. O, bütün turnirlərdə "Barselona" forması ilə cəmi altı matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər