"Barselona"nın ən çox qazanan futbolçusu bilindi

"Barselona"nın ən çox qazanan futbolçusu bilindi

"Barselona"nın ən çox qazanan futbolçusu açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.

Xəbərə görə, bu, komandanın polşalı hücumçusu Robert Levandovskidir.

36 yaşlı Levandovski hər mövsüm üçün 32 milyon avro maaş alır. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 9 matça çıxan Robert 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər