"Barselona"nın 53 oyunluq seriyası qırılıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İspaniya nəhəngi uzun müddətdən sonra meydanı qolsuz tərk edib.
Bu, Kataloniya təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İngiltərənin "Çelsi"yə yenildiyi matçda (0:3) reallaşıb.
"Barselona" son dəfə 2024-cü il dekabrın 15-də "Leqanes"in qapısına yol tapa bilməmiş və 0:1 hesabı ilə uduzmuşdu.