"Barselona"nı son dəfə 1981-ci ildə bu vəziyyətə salmışdılar

"Barselona"nı son dəfə 1981-ci ildə bu vəziyyətə salmışdılar

Joan Qamper Kuboku uğrunda görüşdə dünən "Monako"ya 0:3 hesabı ilə uduzan "Barselona" 2012-ci ildən bəri ilk dəfə bu kuboku qazana bilməyib.

Fanat.Az xəbər verir ki, "blauqrana" son dəfə 1981-ci ildə (1997-ci ildən bəri 1 matç oynanılır) bu turnirin finalında qol vurmadan böyük hesablı yenilgi almışdı. 

Həmin vaxt Kataloniya təmsilçisini "Köln" 4:0 darmadağın etmişdi.

Xatırladaq ki, "Barselona"nın yaradıcısı və ilk prezidenti Joan Qamperin şərəfinə belə adlandırılan turnir 1966-cı ildən keçirilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər