"Barselona" növbəti transferini reallaşdırmaq üzrədi. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Pako Alkakeri heyətinə qatır.
İddia görə, "Barselona" 22 yaşlı hücumçunun transferi üçün "Valensiya" anlaşıb. İddia olunur ki, tərəflər 30 milyon avro transfer haqqını razılaşdırıb. Keçidin qısa müddətdə açıqlanması gözlənilir.
Qeyd edək ki, Pako Alkaker "Valensiya"nın yetirməsidi. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub.
Fanat.Az