"Barselona"dan şok Neymarı qərarı: satılır...

"Barselona"dan şok Neymarı qərarı: satılır...

"Barselona" Neymarla bağlı qərar verib. Fanat.az xəbər verir ki, Kataloniya klubu braziliyalı futbolçunu satmaq qərarına gəlib.

Bu barədə İngiltərənin yüksək tirajlı "The Sun" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, maliyyə baxımından müəyyən problemləri olan kataloniyalılar Lionel Messi, Luis Suares, Andres İnyesta kimi yüksək ödənişli futbolçuların maaşlarını vaxtında ödəmək üçün Neymarı satmaq niyyətindədi.

Braziliyalı futbolçunun müqaviləsində xüsusi maddə var. Həmin maddəyə əsasən 190 milyon avro ödənəcəyi halda "Barselona" ona azad agent statusu verməyə məcburdu. Neymarın xidmətində PSJ və "Mançester Yunayted" kimi Avropa nəhəngləri maraqlıdı. Hətta PSJ-nin 190 milyon avronu ödəməyə hazır olduğu deyilir. 

Qeyd edək ki, Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya 57 milyon avroya transfer edilib. Braziliyalı futbolçu cari mövsümdə 44 rəsmi oyunda 28 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər