"Barselona"dan "qızıl dubl" - VİDEO

"Barselona"dan "qızıl dubl" - VİDEO

İspaniya Kubokuna yekun vrulub. Fanat.az xəbər verir ki, final "Barselona" "Sevilya"nı sınağa çəkib.

Madriddəki "Visente Kalderon" stadionunda baş tutan oyun kataloniyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas vaxt 0:0 hesabı ilə yekunlaşdığından qalib əlavə vaxtda müəyyənləşib. Hesabı 97-ci dəqiqədə Jordi Alba açıb. 120+2-ci dəqiqədə isə Neymar fərqlənib. Bununla da "Barselona" mövsümü "qızıl dubl"la başa vurub.

Qeyd edək ki, Kataloniya klubu tarixində 28-ci dəfə "Kral Kuboku"nu qazanıb. Bu turnirin tarixində rekord göstəricidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər