"Barselona"dan Neymar açıqlaması

"Barselona"dan Neymar açıqlaması

PSJ-nin 222 milyon avro təklif etdiyi iddia olunan Neymarla bağlı "Barselona"dan açıqlama gəlib. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun vitse-prezidenti Jordi Mestre bu barədə danışıb.

Klub rəsmisi bildirib ki, Neymarın komandadan ayrılması mümkün deyil: "200 faiz əminəm ki, Neymar "Barselona"da qalacaq".

Buna baxmayaraq, Braziliyanın "Esporte Intertivo" televiziyası növbəti iddia ilə çıxış edib. Telekanal bildirib ki, PSJ Neymarın müqaviləsindəki 222 milyon avronu ödəyərək onu heyətinə qatmaqda iddialıdı. Hətta iddialara görə, Neymarın atası Neymar Santos SR bu gün PSJ prezidenti ilə görüşərəkk müzakirələr aparıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər