"Barselona"nın prezidenti Josep Maria Bartomeu Lionel Messi ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, klub rəhbəri argentinalı ulduzla müqavilə imzaladıqlarını və yaxın günlərdə rəsmən açıqlayacaqlarını bildirib.
"Üç müqavilə var. Biri Messi Dərnəyi ilə bağlanır və dərnəyin rəhbəri olan Messinin qardaşı imzalayır. Digəri Messinin imic haqqları ilə bağlıdı, atası tərəfindən imzalanır. Üçüncüsü isə oyunçunun klubumuzdakı iş statusu ilə bağlı müqavilədə ki, onu da atasının imzalamaq haqqı var. Hər şey hazırdı. Tək əskik odu ki, Messi gəlib formallağı yerinə yetirərək imza atmalı və biz də fotolarını çəkib yaymalıyıq. Müqavilə bağlanıb və 30 iyundan, yəni evləndiyi gündən qüvvədədi. Narahatlığa əsas yoxdu" deyə prezident bildirib.
Fanat.Az