"Barselona"dan Klopp bombası

"Barselona"dan Klopp bombası
İspaniya La Liqasında 2 matç artıq keçirməsinə rəğmən lider "Real"dan geri qalan və Çempionlar Liqasında PSJ-yə 0:4 hesabı ilə yenilən "Barselona"nın baş məşqçi dəyişikliyinə gedəcəyi iddiaları gün keçdikcə güclənir. Fanat.Az xəbər verir ki, Avropa mediası Kataloniya klubunun baş məşqçi postuna namizədlərlə bağlı yeni xəbərlər yayır.
Bundan əvvəl əsas namizədin Pep Qvardiola olduğu açıqlamışdı. Lakin hazırda "Mançester Siti"yə başçılıq edən ispaniyalı mütəxəssis "Barselona"ya dönməyəcəyini açıqlayıb. İngiltərənin "Mirror" qəzeti "Barselona"nın Qvardioladan sonrakı hədəfinin "Liverpul"un baş məşqçisi Yurgen Klopp olduğunu iddia edib.
Alman mütəxəssisin böyük bir "Barselona" azarkeşi olduğunu yazan qəzet kataloniyalıları çalışdırmağı arzuladığını qeyd edib. Onun "Liverpul" 6 mövsümlük müqaviləsi var. Buna baxmayaraq, hər an Barselonada peyda ola bilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər