"Barselona" ilk transferini reallaşdırmağa hazırlaşır. Fanat.az xəbər verir ki, Kataloniya klubunun Samuel Umtiti ilə anlaşdığı iddia olunur.
"Roma", "Arsenal" və "Çelsi"nin də transfer siyahısında olan Lion "Olimpik"inin gənc stoperi Kataloniya klubunda oynamağa razılıq verib. "Barselona"nın bu transfer üçün "Olimpik"ə 30 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Fransanın aşağı yaş qrpuları üzrə yığmalarının sabiq üzvü "Olimpik"in yetirməsidi. 22 yaşlı futbolçu son mövsümdə oynadığı 38 rəsmi oyunda 1 qol vurub. "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub.
Fanat.az