"Barselona"dan gözlənilməz transfer

"Barselona"dan gözlənilməz transfer

"Barselona" ilə bağlı gözlənilməz transfer xəbəri yayılıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun Çinin "Quanqzu Everqrande" klubunda çıxış edən Paulinyonu transferi siyahısına saldığı iddia olunub.

Goal.com-un əldə etdiyi məlumata görə, "Barselona" artıq Çin klubu ilə danışıqlara başlayıb. Kataloniyalıların bu transferi reallaşdırmaqda istirar etdiyi bildirilir.

Qeyd edək ki, Avropa karyerasına Litvanın "Vilnius" klubunda başlayan Paulinyo 2013-cü ildə 20 milyon avroya transfer olunduğu "Tottenhem"dən Çin klubuna 14 milyon avroya keçib. O, "Quanqzu Everqrande"nin heyətində Çin çempionu olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər