"Barselona"dan 8, "Real"dan 3 qol - VİDEO

"Barselona"dan 8, "Real"dan 3 qol - VİDEO
İspaniya La Liqasında uzun müddət qələbəyə həsrət qalan "Barselona"nın geri dönüşü möhtəşəm alınıb. Fanat.az xəbər verir ki, Kataloniya klubu XXXIV turun oyununda səfərdə "Deportivo"nun qapısında 8 cavabsız top keçirib.
Qollardan 4-nün müəllifi Luis Suares olub. Lionel Messi, Neymar, İvan Rakitiç və Mark Bartra hərəyə bir dəfə fərqlənərək 8:0 hesablı qələbənin memarları olublar. 
Çempionluq şansını itirməyən Madrid "Real"ı doğma meydanda "Vilyareal"ı qəbul edib. İddialı "Vilyareal" "Kral Klubu"na müqavimət göstərə bilməyib - 0:3. Qollara Kərim Benzema, Lukas və Luka Modriç imza atıb.
Çempionluq uğrunda yarışan "Atletiko" isə "Atletik"in qonağı olub. Mardid klubu səfərdə 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qolunu Fernando Torres vurub.
Qeyd edək ki, 34 turdan sonra "Barselona" və "Atletiko" 79 xalla turnir cədvəlinə başçılıq edir. "Real"ın isə 78 xalı var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər