"Barselona" transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun hədəfindəki əsas futbolçulardan biri Leonardo Bonuççidi.
Baş məşqçi Ernesto Valverdenin israrla istədiyi italyan müdafiəçi ilə danışıqlar artıq başlayıb. Stoper mövqeyində oynayan 30 yaşlı müdafiəçinin "Barselona"ya keçmək istədiyi bildirilir. İndi kataloniyalılar "Yuventus"u razı salmalıdı. Məlumatlara görə, Turin klubu bu futbolçu üçün 70 milyon avro tələb edib. "Barselona" bu məbləği mümkün qədər aşağı salmağa çalışacaq. Lakin italyanlar israr edəcəyi tədqirdə 70 milyon ödəniləcək.
Qeyd edək ki, "Yuventus" Leonardo Bonuççini 2010-cu ildə "Bari"dən 15,5 milyon avroya alıb.
Fanat.Az