"Barselona"dan 5-ci transfer - RƏSMİ

"Barselona"dan 5-ci transfer - RƏSMİ

"Barselona" növbəti transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Casper Killesseni heyətinə qatıb. 

Bu barədə "Barselona" rəsmi açıqlama yayıb. "Ayaks" və Hollandiya millisinin qapıçısı üçün 13 milyon avro ödənilib. "Barselona" ona 60 milyon avro qiymət qoyub. 

Qeyd edək ki, "Ayaks" Casper Killesseni 2011-ci ildə "Neymengen"dən 3,23 milyon avroya almışdı. "Transfermarkt" hazırda ona 12 milyon avro qiymət qoyub.

"Barselona" bundan əvvəl Denis Suares, Lukas Dinye, Andre Qomeş və Samuel Umtitini heyətinə qatıb.

"Barselona"dan 5-ci transfer - RƏSMİ

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər