"Barselona" UNİCEF-lə əməkdaşlığın müddətini yeniləyib.
Sport7.az xəbər verir ki, Kataloniya təmsilçisi 2020-ci ilə qədər Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fonduyla əməkdaşlıq edəcək.
Belə ki, klub tərəfindən hər il fondun hesabına 2 milyon avro keçiriləcək. Bu məbləğ əvvəlki illərdə 1,5 milyon avronu əhatə edirdi.
Qeyd edək ki, tərəflər arasında əməkdaşlıq 2006-cı ildən başlayıb.
Fanat.az