"Barselona"dan 1,68 milyon avroluq qapıçıya TƏKLİF

"Barselona"dan 1,68 milyon avroluq qapıçıya TƏKLİF
"Barselona" yayda heyətinə qapıçı qatmaq istəyir. Fanat.az xəbər verir ki, Kataloniya klubu "Leyçester"dən Kasper Şmeyxeli hədəfə alıb.
"Leyçester" hazırda İngiltərə Premyer Liqasının lideridi və tarixində ilk dəfə ölkə çempionu olmağa yaxındı. Bu uğurun əsas səbəbkarlarından biri də Kasper Şmeyxeldi. Komandanın keçirdiyi 35 oyunun hamısında 90 dəqiqə meydanda olan və 33 qol buraxan 29 yaşlı qolkiper üçün "Barselona" 15 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Kasper Şmeyxel 2011-ci ildə "Lids"dən cəmi 1,68 milyon avroya transfer edilib. "Transfermarkt" hazırda ona 5 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər