"Barselona"dan 160 milyon avroluq rekord

"Barselona"dan 160 milyon avroluq rekord

"Barselona" sponsoru olan NİKE firması ilə yeni sözləşmə imzalamağa hazırlaşır. Fanat.az xəbər verir ki, yeni müqavilənin şərtlərinə əsasən, NİKE Kataloniya təmsilçisinə ildə 100 milyon avro ödəyəcək.

Yayılan məlumata görə, tərəflər arasında artıq razılıq əldə olunub. Məsələ rəsmiləşəcəyi halda "Barselona" sponsorluq anlaşmasına görə rekorda imza atacaq. Belə ki, son çempion Adidasın "Mançester Yunayted"ə verdiyi 92 milyon avrodan daha çox qazanacaq.

Bundan başqa komandanın forma sponsoru olan Qətər Hava Yolları da 35 milyonluq sponsorluq müqaviləsini yeniləyərək, məbləği 25 milyon artırıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər