"Borussiya" futbolçusu Usman Dembeleni "Barselona"ya satdığını açıqlayıb.
Fanat.Az Dortmund klubunun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda Kataloniya klubunda tibbi müayinədən keçəcək və daha sonra onunla müqavilə imzalanacaq.
Qeyri-rəsmi məlumata görə, 20 yaşlı oyunçu üçün "Barsa" 105 milyon avro təzminat ödəyəcək. Bundan başqa futbolçunun performansına görə "Borussiya" daha 42 milyon avro qazanacaq.
Qeyd edək ki, U.Dembele ötən mövsüm 50 matçda 10 qol vurub, 22 qolun ötürməsini verib.
Fanat.Az