"Barselona" futbolçusu Kristian Tellonu "Real Betis"ə 4 milyon avroya atdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Everton"dan sabiq futbolçusu Cerard Delufonu alan katalon təmsilçisi Tellonu satmaq qərarına gəlib.
"Barselona" bununla yanaşı futbolçunun uğur və oynayacağı matç sayına görə 1 milyon avroluq anlaşması olduğunu, ispaniyalının başqa kluba keçməsi təqdirdə bu transferdən də pay alacağını bildirib.
"Espanyol"un aşağı yaş qruplarından "Barselona"nın B komandasına keçən Tello 2014-16-cı illərdə "Portu"nun formasını geyib. O son olaraq "Fiorentina"da top qovurdu.
Cerard Delufo isə "Barselona"ya 12 milyon avroya transfer olunub. Hər iki futbolçu sağ cinah hücumçusudu.
Fanat.Az