"Barselona"da şok itki - Ter-Ştegen üçün mövsüm bitdi

"Barselona"da şok itki - Ter-Ştegen üçün mövsüm bitdi

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin La Liqanın 6-cı turunda "Vilyarreal"la matçda zədəsinin təfərrüatları məlum olub.

Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper ilk hissənin sonunda rəqib futbolçu ilə toqquşma nəticəsində zədələnib. 

Qapıçı meydançadan xərəkdə aparılıb.

AS-ın məlumatına görə, Ter Ştegenə sağ diz vətərinin yırtığı diaqnozu qoyulub. Həkimlərin ilkin diaqnozu təsdiqlənərsə,  qapıçı mövsümün qalan hissəsini buraxa bilər.

"Barselona"a "Vilyarreal"a 5:1 hesabı ilə qalib gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər