"Barselona" hücum xəttinə daha bir futbolçu cəlb etmək istəyir. Fanat.az xəbər verir ki, Lionel Messi, Luis Suares və Neymar kimi qolçuları olan Kataloniya klubu Kevin Qameyronu hədəfə alıb.
"Barselona"nın artıq bu futbolçu üçün "Sevilya"ya təklif göndərdiyi deyilir. İddialara görə, kataloniyalılar fransız forvard üçün 18-20 milyon transfer haqqı ödəmək niyyətindədi.
Qeyd edək ki, Kevin Qameyro 2008-ci ildə 3 milyon avroya "Strasburq"dan "Loryan"a, 2011-də 11 milyon avroya PSJ-yə transfer olunub. Paris klubu 28 yaşlı hücumçunu 2013-cü ildə 7,5 milyon avroya "Sevilya"ya satıb. Kevin cari mövsümdə 46 rəsi oyuna (La Liqa, "Kral Kuboku", Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku) çıxıb və 23 qol vurub.
Fanat.az