"Barselona" öz yetirməsinə elçi düşüb

"Barselona" öz yetirməsinə elçi düşüb
"Barselona" öz yetirməsinə elçi düşüb. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Hektor Bellerini heyətinə qatmaq istəyir.
Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Məlumatda bildirilir ki, "Barselona" 21 yaşlı futbolçunun transferi üçün "Arsenal"la danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Hektor Bellerin 2003-2011-ci illərdə "Barselona"nın aşağı yaş qruplarında çıxış edib. O, 2013-cü ildə "Arsenal"a transfer olunub. 21 yaşlı futbolçu cari mövsümdə 25 rəsmi oyuna çıxıb. "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər